Qidalanma
Çiyələk, albalı və gilas...
Qidalanma
556

Çiyələk, albalı və gilas... Görün nəyə yarayır!

Diyetoloq Fatma Gizem Bahadır yayda sevilən meyvələrin — çiyələk, gilas və albalının sağlamlığa təsirindən danışıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu qırmızı meyvələr antioksidantlarla zəngindir, immuniteti gücləndirir, ürək xəstəliklərindən qoruyur və qocalmanı gecikdirir.

Qarpız və qovun nə üçün faydalıdır?

Qarpız: Yüksək su tərkibi ilə bədəni nəmləndirir, C vitamini ilə immuniteti dəstəkləyir və liflə qəbizliyin qarşısını alır. Porsiya nəzarəti ilə istehlak edilərsə, qan şəkərinə az təsir edir.

Qovun: Həmçinin su və liflə zəngindir, A, C, B6 vitaminləri, kalium və fol turşusu ilə həzmi asanlaşdırır.

Meşə meyvələri və ürək sağlamlığı

Çiyələk, albalı, gilas, böyürtkən, qaragilə, tut kimi meyvələr:

Ürək və damar sistemini qoruyur;

Antikanserogen və antioksidant təsirə malikdir;

Yaddaşı və immuniteti dəstəkləyir;

Qan şəkərini sürətlə yüksəltmir.

Diabet xəstələri necə yeməlidir?

Meyvələr:

Porsiya nəzarəti ilə və zülal mənbəyi ilə (qatıq, kefir, süd, fındıq və s.) birlikdə yeyilməlidir.

Məsələn: 10 çiyələk + qatıq və ya 2 incə qarpız dilimi + kefir.

Meyvə şirəsindən uzaq durmaq tövsiyə olunur.

Hamilələr üçün uyğun meyvələr

Çiyələk: C vitamini və fol turşusu mənbəyidir.

Şaftalı: Kaliumla zəngindir, əzələ spazmını azaldır.

Qaragilə və albalı: Təbii antioksidantlar, maqnezium və liflə zəngindir.

Qarpız və tut: Dəmir və C vitamini ilə faydalıdır, amma nəzarətlə yeyilməlidir.

Meyvəni necə və nə vaxt yeməli?

Ən uyğun vaxt: Səhər-günorta və ya günorta-axşam arası;

Əsas yeməkdən 1-2 saat əvvəl yemək tövsiyə olunur;

Həddindən artıq meyvə qaz, şişkinlik və qan şəkərində nizamsızlığa səbəb ola bilər.

Saxlama və alış zamanı diqqət

Meyvələr yumadan soyuducuda saxlanılmalıdır.

Banan, şaftalı, nektarin otaq temperaturunda saxlana bilər.

Alarkən:

Mövsüm meyvəsi seçin;

Rəngi və təbii parıltısı olsun;

Ləkəli, çox sərt/yumşaq və çox iri meyvələrdən qaçın.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun