Terapist İrina Volginanın sözlərinə görə, hovuzlarda su və ya çirklənmiş səthlərlə təmas nəticəsində müxtəlif infeksiyalara yoluxmaq mümkündür.
E-saglam.az xəbər verir ki, bunlara göbələk infeksiyaları, ziyllər, molluscum contagiosum, eləcə də dizenteriya, hepatit A və rotavirus infeksiyası kimi bağırsaq xəstəlikləri daxildir.
Onikomikoz (dırnaq göbələyi) hovuz kənarı, duş və soyunub-geyinmə otaqlarında ayaqyalın gəzmək nəticəsində yayıla bilər. Simptomlara qaşınma, qızartı və dırnaqlarda dəyişikliklər daxildir.
Bağırsaq infeksiyaları isə əsasən hovuz suyunu udarkən və ya nəcislə təmas zamanı yoluxur. Əlamətlər arasında qarın ağrısı, qusma, ishal və qızdırma yer alır.
Volgina əlavə edib ki, zəif təmizlənmiş hovuzlar legionellyoz kimi bakterial infeksiyalara da səbəb ola bilər. Riskdən qorunmaq üçün yaxşı dezinfeksiya olunan, sanitar normalara cavab verən hovuzlara üstünlük verilməlidir.
Tərcümə: Könül Oruc