Psixologiya
Psixoloq: Partnyorunuza bu
Psixologiya
198

Psixoloq: Partnyorunuza bu iki “iltifatı” deməyin

Psixoloq Dr. Mark Travers münasibətlərdə zərərsiz görünən, lakin emosional yaxınlığa zərər verə bilən iki ifadə barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, birinci ifadə: “Necə həmişə belə sakitsən?”-dir. Traversə görə, bu cür iltifat tərəfdaşın yalnız təmkininə görə qiymətləndirildiyi hissini yarada bilər. Nəticədə, insan əsl hisslərini gizlədə bilər, bu da daxili gərginliyə səbəb olur.

İkinci ifadə: “Sən mənim danışa biləcəyim yeganə insansan”.

Bu sözlər güvən ifadəsi kimi görünsə də, emosional asılılıq və həddindən artıq yüklənmə yarada bilər. Sağlam münasibətlərdə emosional dəstək bir nəfərin üzərinə düşməməlidir.

Psixoloq bu cür ifadələrin yerinə açıq və balanslı ünsiyyətin münasibətləri daha sağlam saxladığını vurğulayır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun