Tibbi xəbərlər
Qulaq sırğası gələcəkdə
Tibbi xəbərlər
147

Qulaq sırğası gələcəkdə diabeti diaqnoz edəcək

Elm adamları diabetin erkən diaqnozu üçün qeyri-adi və çox rahat bir üsul üzərində işləyirlər: ağıllı qulaq sırğası.

E-saglam.az xəbər verir ki, yeni texnologiya Cənubi Koreya və ABŞ-da ortaq layihə olaraq hazırlanır və bədəndəki qlükoza səviyyəsini tərlə izləyə bilir. Tər analizi əsasında işləyən bu kiçik cihaz qulağa taxılan sırğa formasında hazırlanıb və artıq ilkin klinik sınaqlardan keçib.

Ənənəvi qan analizlərinə alternativ

Hazırda diabet diaqnozu üçün qanda şəkər səviyyəsi ölçülür. Lakin bu yeni texnologiya invaziv üsullara ehtiyac duymadan, tər nümunələri ilə real vaxtda nəticə verə bilir. Qurğu eyni zamanda dərinin temperaturunu və nəm səviyyəsini də təhlil edərək nəticənin dəqiqliyini artırır.

Əsas üstünlüklər:

  • İynəsiz, ağrısız izləmə

  • Gündəlik istifadəyə uyğun dizayn

  • Əldə olunan məlumatları birbaşa mobil tətbiqə ötürmə

Mütəxəssislər bu texnologiyanın prediabetik vəziyyətlərin erkən aşkarlanmasında da böyük rol oynayacağını deyirlər. Layihə rəhbəri Prof. Kim Soo-jin bildirir ki, "Biz diabetlə mübarizədə bir növ ağıllı zərgərlik dövrünə daxil oluruq."

Əgər inkişaf uğurla davam etsə, bu cihaz 2026-cı ildən etibarən bazara çıxarıla bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun