Tibbi xəbərlər
Səbəbsiz allergiya? Evinizi bu
Tibbi xəbərlər
138

Səbəbsiz allergiya? Evinizi bu 6 növ kif üçün yoxlayın

Səbəbsiz kimi görünən allergiya əslində ev kifi tərəfindən yarana bilər. Bunlara qara, yaşıl, ağ, çəhrayı və ya narıncı, həmçinin mavi kif növləri daxildir.

E-saglam.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim Marina Rudakova xəbərdarlıq edib.

Onun sözlərinə görə, kifin yaranmasının əsas səbəbləri yüksək rütubət (məsələn, sızıntılar nəticəsində) və pis havalandırmadır.

"Ev kifi mikroskopik göbələklərdir və evdə müxtəlif səthlərdə ləkə şəklində yayılır. Onun təsnifatı belədir: Qara kif - otaqların künclərində, vanna otağındakı kafel aralarında, pəncərə üstü və tavanlarda rast gəlinir. Yaşıl kif - qidalarda və kitab üzərində ola bilər. Ağ kif - gül qablarında və ağac üzərində meydana gəlir. Çəhrayı və ya narıncı kif - paltaryuyan maşının içində yarana bilər. Mavi kif - taxta mebellərdə tapıla bilər", - deyə ekspert izah edib.

Həkim bildirib ki, bu kif növləri yalnız otaqların görünüşünü korlamır, həm də sağlamlıq üçün təhlükə yaradır.

"Yuxarıda sadalanan kif növləri allergiyaya səbəb ola və özünü burun axması, öskürək, dəri səpgiləri şəklində özünü göstərə bilər. Əgər səbəbsiz allergiya yaranıbsa, çox güman ki, səbəb məhz kifdir. Ağır və müalicə olunmamış hallarda kiflə davamlı təmas müxtəlif tənəffüs problemlərinə və mikotoksin zəhərlənməsinə səbəb ola bilər", - deyə Rudakova xəbərdarlıq edib.

Mütəxəssis əlavə edib ki, evdəki kifi həm xalq üsulları, həm də ixtisaslaşmış vasitələrlə təmizləmək mümkündür.

"Xalq üsulları daha təhlükəsiz olsa da, təsiri zəifdir. Onlara sirkə, soda, hidrogen peroksid və borik turşu (tetraborat natrium) daxildir. İxtisaslaşmış fungisidlər kifi effektiv aradan qaldırır, lakin adətən dəridə (dermatit, ekzema) və selikli qişalarda qıcıqlanma yarada bilən maddələrdən ibarətdir. Onların nəfəs alma və udma zamanı zərərli təsiri, allergiya yaratma potensialı və uzunmüddətli təsirdə orqanlara toksiki təsiri var. Buna görə kifi aradan qaldırmaq üçün ixtisaslaşmış vasitələrdən istifadə edərkən mütləq yaxşı havalandırılan məkanda, maska və əlcəkdən istifadə olunmalıdır", - deyə həkim məsləhət verib.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun