Tibbi xəbərlər
Xolesterol düşündüyünüz qədər sadə deyil:
Tibbi xəbərlər
240

Xolesterol düşündüyünüz qədər sadə deyil: Gerçək təhlükə nədir?

Ürək-damar xəstəlikləri və damar sərtliyi deyildikdə ilk olaraq “pis” xolesterol kimi tanınan LDL yada düşür. Uzun illər bu maddə tək günahkar kimi təqdim olunub. Lakin mütəxəssislər bu yanaşmanın tam düzgün olmadığını bildirirlər.

Neyroloq Prof. Dr. Derya Uludüz deyir ki, yalnız LDL səviyyəsinə baxaraq sağlamlıq vəziyyəti haqqında tam fikir yürütmək mümkün deyil. Xolesterol, yalnız düzgün idarə olunmadıqda təhlükəli ola bilər. Onun sözlərinə görə, yüksək LDL ilə yanaşı, yüksək qan şəkəri və triqliserid də damar problemlərinə səbəb ola bilər.

LDL-ni azaltmaq, HDL-ni artırmaq üçün nə etməli?

Qidalanmada diqqət edilməsi vacib məqamlar:

– Rafinə karbohidratlardan uzaq durun: Ağ çörək, şəkərli qidalar və hazır məhsullar LDL-ni artırır.
– Trans yağlardan çəkinin: Marqarin, qızartma yağları və bəzi hazır qəlyanaltılar HDL-ni azaldır, LDL-ni yüksəldir.
– Sağlam yağlara üstünlük verin: Zeytun yağı və avokado təkli doymamış yağlarla zəngindir və lipid balansını dəstəkləyir.
– Bol lif qəbul edin: Yulaf, alma, armud, kətan toxumu və paxlalılar həzmdə kolesterolun sorulmasını azaldır.
– Omega-3 mənbələrinə önəm verin: Somon, sardina, ceviz və kətan toxumu triqliserid səviyyəsini aşağı salır.

Həyat tərzində vacib dəyişikliklər:

– Həftədə ən azı 150 dəqiqə orta səviyyəli idmanla məşğul olun.
– Bədən çəkisinin 5-10%-ni azaltmaq belə LDL-də ciddi azalmaya səbəb ola bilər.
– Siqaret və alkoqoldan uzaq durun. Siqaret HDL-ni azaldır, alkoqol isə triqliserid səviyyəsini yüksəldə bilər.
– Stresi idarə edin, yaxşı yatın. Xroniki stress və yuxusuzluq lipid balansını poza bilər.

Xolesterolun bədəndəki funksiyaları nələrdir?

– Hüceyrə membranlarını möhkəmləndirir
– Hormonların (Ostrogen, testosteron, kortizol) istehsalında iştirak edir
– D vitamini sintezini dəstəkləyir
– Sinir sistemi üçün zəruri maddələri daşıyır

LDL niyə “pis” adlandırılır?

Əslində LDL-nin özü deyil, onun oksidləşmiş forması təhlükəlidir. Bu forma damar divarına yapışaraq orqanizm tərəfindən yad cisim kimi qəbul edilir və iltihabi prosesi başladır. Nəticədə damarların tıxanması, elastikliyini itirməsi və infarkt, insult, hətta alzheymer riskini artıran dəyişikliklər baş verir.

Yalnız LDL deyil, lipid balansı vacibdir

Ənənəvi tibbdə LDL səviyyəsi əsas göstərici kimi qəbul edilsə də, yeni araşdırmalar göstərir ki, təkcə bu göstəriciyə əsaslanmaq yanıldıcıdır. HDL, okside LDL və triqliserid nisbətləri də birlikdə qiymətləndirilməlidir.

LDL beyinə necə zərər verir?

Beynin fəaliyyəti üçün zəruri maddələr nazik damarlar vasitəsilə ötürülür. LDL bu damarlarda toplanaraq qan axınını azaldır, elastikliyi zəiflədir, qan-beyin baryerini pozur və nəticədə beyində toksin yığılması baş verir. Bu proseslər birlikdə alzheymer kimi nevroloji xəstəliklərə zəmin yaradır.

Plak yığıntısı artır

Okside LDL, beyində təmizləmə və bərpa sistemini pozaraq alzheymerlə əlaqəli amiloid beta plaklarının toplanmasını asanlaşdırır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Taglər

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun