Tibbi xəbərlər
Qulaq pərdəsi zədələnmədən əvvəl xəbərdarlıq edir:
Tibbi xəbərlər
204

Qulaq pərdəsi zədələnmədən əvvəl xəbərdarlıq edir: yeni tədqiqat heyrətləndirir

Elm adamları qulaq sağlamlığı ilə bağlı maraqlı bir fakt aşkar ediblər: məlum olub ki, qulaq pərdəsi müəyyən səslərə qarşı mikro səviyyədə reaksiya verərək özünü zədələnmədən əvvəl xəbərdarlıq edə bilir.

E-saglam.az xəbər verir ki, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun (MIT) akustik tədqiqat qrupunun apardığı araşdırmaya görə, qulaq pərdəsi müəyyən tezlikli və kəskin səslərə qarşı reflektor olaraq öz gərginliyini dəyişir. Bu, onu ani zədələrdən qorumağa çalışan təbii müdafiə mexanizmi kimi işləyir.

Araşdırmada iştirak edənlərə fərqli səs tezlikləri dinlədilib və yüksək dəqiqlikli cihazlarla qulaq pərdəsinin mikrohərəkətləri ölçülüb. Məlum olub ki, 85 desibeldən yuxarı səslərə qarşı pərdə öz titrəyiş amplitudasını azaltmağa çalışır. Bu, beyinə “təhlükəli səs mühiti” haqqında siqnal göndərir və ətrafdakı səs mənbələrindən uzaqlaşmaq üçün avtomatik narahatlıq hissi yaradır.

Tədqiqatı aparan baş alim Dr. Helen Tsai deyir: “İnsan bədəni özünü qorumaqda düşündüyümüzdən daha ağıllıdır. Qulaq pərdəsi də bu sistemin mühüm və hələ tam dərk olunmamış hissəsidir”.

Alimlər ümid edirlər ki, bu kəşf, gələcəkdə eşitmə cihazlarının təkmilləşdirilməsi, qulaq zədələrinin qarşısının alınması və hətta səsə bağlı baş ağrılarının diaqnoz və müalicəsində yeni üsulların inkişafına yol aça bilər.

Hazırda tədqiqatçılar bu mikrohərəkətlərin uşaq və yaşlılarda necə dəyişdiyini, həmçinin qulaq pərdəsi zədələnmiş şəxslərdə bu mexanizmin işləyib-işləmədiyini araşdırırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun