Sağlamlıq
Duşdan sonra 3 dəsmal istifadə etmək lazımdır -
Sağlamlıq
225

Duşdan sonra 3 dəsmal istifadə etmək lazımdır - Həkimdən maraqlı açıqlama

Həkim Botikarya Qarsiya bir çox insanın duş qəbul etdikdən sonra ümumi bir səhv etdiyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, bunu "La Nacion"a müsahibəsində deyib.

Qarsiya izah etdi ki, ideal olaraq duşdan sonra özünüzü üç dəsmal ilə qurutmalısınız: "Biri üzünüz, biri saçınız, biri də bədəniniz üçün olmalıdır".

Həkimin sözlərinə görə, əgər insan yalnız bir dəsmaldan istifadə edirsə, o zaman müəyyən ardıcıllıqla qurutmaq lazımdır. Saçdan başlamaq və cinsiyyət orqanları və ayaqlar ilə bitirmək lazımdır.

Sonda Qarsiya xəbərdarlıq edib ki, bakteriya və göbələklər çirkli dəsmallarda çoxalır, ona görə də onlardan istifadə müxtəlif infeksiyalara yoluxma riskini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun