Sağlamlıq
Əgər itirdiyiniz çəkiləri geri qaytarırsınızsa,
Sağlamlıq
167

Əgər itirdiyiniz çəkiləri geri qaytarırsınızsa, səbəbi bu ola bilər

Əgər arıqladıqdan sonra çəkini geri alırsınızsa, səbəb mətbəxinizdə gizlənmiş ola bilər.

E-saglam.az xəbər verir ki, son araşdırmalar göstərir ki, gündəlik istifadə etdiyimiz bəzi mətbəx qabları, xüsusilə də Teflon örtüklü tavalar, tərkibindəki kimyəvi maddələr səbəbindən maddələr mübadiləsini ləngidir və çəkinin uzunmüddətli saxlanmasını çətinləşdirir.

Harvard Universitetinin T.H. Chan Xalq Sağlamlığı Məktəbində aparılan araşdırmada məlum olub ki, Teflon məhsullarında rast gəlinən perfluoroalkil maddələri orqanizmin enerji istifadə qabiliyyətini azaldır. Bu isə maddələr mübadiləsinin yavaşlamasına, metabolik elastikliyin zəifləməsinə və nəticədə arıqlama prosesindən sonra çəkini daha asan geri almağa səbəb olur. Eyni tədqiqatda iştirak edən şəxslərdə həm bədən kütləsi indeksinin artdığı, həm də bazal metabolizm sürətinin azaldığı müşahidə edilib.

Mütəxəssislər bildirir ki, bu kimyəvi maddələr hormonal sistemə təsir göstərərək enerji sərfini yavaşladır. Nəticədə insan pəhriz saxlayarkən belə, bu maddələrin təsiri ilə bədən normadan artıq çəki toplaya bilər.

Alternativ olaraq, keramika, çuqun və paslanmayan poladdan hazırlanmış təbii materiallı qablar tövsiyə olunur. Əgər Teflon tavadan istifadə edilirsə, onun yüksək istiyə məruz qalmamasına və səthinin cızıq olmamasına diqqət yetirilməlidir. Çünki cızıq və aşınma hallarında zərərli maddələr daha asanlıqla qidaya keçə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun