Tibbi xəbərlər
Gecə işığı piylənməyə səbəb olur? -
Tibbi xəbərlər
146

Gecə işığı piylənməyə səbəb olur? - Alimlərdən maraqlı kəşf

Yeni araşdırmalar göstərir ki, yatdığınız otaqdakı zəif işıq belə bədən çəkisinə təsir edə bilər. ABŞ-da aparılan genişmiqyaslı tədqiqat zamanı məlum olub ki, yuxu zamanı otaqda işıq olması metabolik fəaliyyətlərə mənfi təsir göstərərək piylənmə riskini artırır.

E-saglam.az xəbər verir ki, araşdırmanı aparan mütəxəssislər 20 minə yaxın insanın yuxu mühitini və bədən çəkisini təhlil ediblər. Onlar qeyd edirlər ki, yatarkən otaqda televizorun, telefon ekranının və ya gecə lampasının açıq qalması melatonin hormonunun ifrazını azaldır. Bu hormon yalnız qaranlıqda ifraz olunur və həm yuxunun keyfiyyətinə, həm də maddələr mübadiləsinə nəzarət edir.

Tədqiqatda iştirak edən şəxslər arasında gecə işığında yatanlarda artıq çəki riski 20-30 faiz daha çox qeydə alınıb. Mütəxəssislər xüsusilə uşaqların və yeniyetmələrin yuxu mühitinə diqqət yetirilməsini tövsiyə edirlər. Çünki bu yaş dövründə metabolik tarazlıq daha həssasdır və pis yuxu vərdişləri gələcəkdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Həkimlər sağlam həyat üçün yuxu zamanı otağın tam qaranlıq olmasının vacibliyini vurğulayır və insanlara telefon ekranlarını uzaqda saxlamağı, televizoru tamamilə söndürməyi və pərdələrdən istifadə etməyi tövsiyə edirlər. Beləliklə, həm yuxu keyfiyyəti artır, həm də piylənmə riski azalır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Taglər

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun