Gözəllik-dəb
İranda 14 yaşlı qızlar da artıq plastik əməliyyat etdirəcək -
Gözəllik-dəb
791

İranda 14 yaşlı qızlar da artıq plastik əməliyyat etdirəcək - Tələbat artıb

İranda plastik əməliyyat üçün minimum yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16-ya endirilib.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa məlumat verib. O, daha əvvəl yaş həddinin 18 olduğunu xatırladaraq, əməliyyat üçün uyğunluğun müəyyən edilməsində böyümə, fiziki və psixoloji inkişaf, emosional yetkinlik kimi faktorların əhəmiyyətini vurğulayıb.

Rezmpa qeyd edib ki, ölkədə plastik əməliyyatlara maraq artıb. Lakin həyata keçirilən əməliyyatların dəqiq sayı barədə məlumat paylaşmayıb.

Mütəxəssislər bildirir ki, İranda plastik əməliyyata tələbatın artmasının səbəbləri arasında həmyaşıdların təzyiqi, medianın təsiri və mədəniyyətin formalaşdırdığı gözəllik standartları əsas rol oynayır.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun