Həkim Xorxe Anxel insanları isti havalarda soyuq su içməməyə çağırıb.
E-saglam.az xəbər verir ki, o, "Vanitatis"ə müsahibəsində susuzluğu yatırmaq üçün bu metodun təhlükəli nəticələri barədə xəbərdarlıq edib.
"Soyuq su içmək əzələ kramplarına səbəb ola bilər, çünki temperaturun qəfil dəyişməsi əzələlərin fəaliyyətini pozur və ağrılı daralmalara səbəb olur", - Angel deyib.
Soyuq su həmçinin həzm problemlərinin, yəni qəbizlik və ishalın inkişaf riskini artırır. Ancaq həkim ən təhlükəli nəticəni hətta infarktla nəticələnə bilən istilik şoku adlandırdı. Bu baxımdan o, soyuq suyu udmadan əvvəl ağzınızda saxlamağı tövsiyə edib ki, bir az isinsin.
Tərcümə: Könül Oruc