Kardioloq Aurelio Rojas Vanitatis ilə söhbətində infarkt riskini göstərən mühüm qan testindən danışıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yüksək həssaslıqlı C-reaktiv zülal (CRP) testi bədəndə gizli gedən, lakin damarları tədricən zədələyən aşağı səviyyəli iltihabı aşkar edə bilir.
Rojas bildirib ki, bu göstərici xolesterol səviyyələri normal olsa belə yüksək ola bilər və infarkt riskini artırır.
Həkim qeyd edib ki, CRP göstəricisi laboratoriyaların normal aralığına uyğun qiymətləndirilməlidir. Əgər səviyyə yüksəkdirsə, onu dərmansız da azaltmaq mümkündür.
Rojas aşağıdakı profilaktik tədbirləri tövsiyə edir:
-
balanslı və sağlam qidalanma
-
müntəzəm fiziki aktivlik
-
çəkiyə nəzarət
-
keyfiyyətli yuxu
-
siqaretdən imtina
Bu sadə həyat tərzi dəyişiklikləri infarkt riskini azaldaraq ürək sağlamlığını qorumağa kömək edir.
Tərcümə: Könül Oruc