Sağlamlıq
Şəkərli içkilər kişilərin məhsuldarlığına
Sağlamlıq
162

Şəkərli içkilər kişilərin məhsuldarlığına təsir edir?

Şirin qazlı içkilər və limonadlar təkcə kilo almağa səbəb olmur, həm də kişilərdə sperma keyfiyyətini ciddi şəkildə pisləşdirərək, onların məhsuldarlığını azalda bilər.

E-saglam.az xəbər verir ki, bu mövzu ilə bağlı bir sıra araşdırmaları təhlil edən Sinqapur Universitetinin alimləri belə qənaətə gəliblər. Nəticələr Nutrients jurnalında dərc olunub.

Məlumatların təhlili göstərdi ki, müntəzəm olaraq şəkərli içkilər qəbul edən kişilərdə sperma sayı azalır, sperma hərəkətliliyi pisləşir və DNT zədələnməsi artar. Bu təsirin arxasında duran dəqiq mexanizmlər hələ də öyrənilsə də, mütəxəssislər mənfi təsirləri oksidləşdirici stress, hormonal balanssızlıq və şəkərin artıqlığı nəticəsində yaranan insulin müqaviməti ilə əlaqələndirirlər.

Tədqiqatçılar qeyd ediblər ki, şəkərli içkilərin səbəb olduğu metabolik və hormonal pozğunluqlar təkcə reproduktiv funksiyaya deyil, həm də ümumi sağlamlığa təsir edə bilər.

Alimlər kişilərə, xüsusən gənclərə qazlı suların və limonad istehlakını azaltmağı, onları adi su, şəkərsiz çay və ya yüngül şirələrlə əvəz etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun