Faydalı
Ayaq qoxusundan qurtulmağın
Faydalı
138

Ayaq qoxusundan qurtulmağın 4 SADƏ YOLU

Gün ərzində davamlı hərəkətdə olduğumuz üçün tərləmə qaçılmaz olur. Ayaqlar ayaqqabı içində hava almadıqda isə xoşagəlməz qoxu yaranır. Əgər bu problem vaxtında aradan qaldırılmasa, qalıcı hal alaraq həm gigiyenik, həm də sosial baxımdan narahatlıq yarada bilər. Lakin ayaq qoxusundan təbii üsullarla asanlıqla xilas olmaq mümkündür.

E-saglam.az həmin təbii üsulları təqdim edir:

Sodalı ilıq su

Bir ləyəni ilıq su ilə doldurun, içinə 2 xörək qaşığı soda əlavə edin. Ayaqlarınızı 15–20 dəqiqə bu suda saxlayın. Mütəmadi tətbiq etdikdə həm qoxunu azaldır, həm də ayaqlarda təravət hissi yaradır.

Limon suyu

Bir limonun suyunu sıxın, pambıq parçasını həmin suya batırıb ayaqlarınıza çəkin.

Adaçayı və nanə

Adaçayı və nanə yarpaqları tərləməni azaldaraq ayaqlara xoş qoxu bəxş edir. Bir ovuc adaçayı və ya nanə yarpağını qaynadın, su ilıq olduqdan sonra ayaqlarınızı yuyun.

Alma sirkəsi

Alma sirkəsi antibakterial xüsusiyyətə malikdir və qoxuya səbəb olan bakteriyaları məhv edir. Bir litr ilıq suya yarım stəkan alma sirkəsi əlavə edin, ayaqlarınızı 10–15 dəqiqə bu suda saxlayın.

Musavat.com

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun