Tibbi xəbərlər
Rusiyanın xərçəng peyvəndi
Tibbi xəbərlər
131

Rusiyanın xərçəng peyvəndi istifadəyə hazırdırmı?

Rusiya Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzində hazırlanan EnteroMix adlı xərçəng peyvəndi barədə yayılan “istifadəyə hazırdır” iddiaları həqiqəti əks etdirmir.

E-saglam.az xəbər verir ki, peyvənd hələ ilkin insan sınaqlarının başlanğıc mərhələsindədir və istifadəyə çıxması çox uzaq görünür.

EnteroMix nədir?

EnteroMix ənənəvi mənada peyvənd deyil. O, xərçəng xəstələrini müalicə etməyi hədəfləyən “onkolitik vaksin”dir. Tərkibindəki dörd zərərsiz virus həm şiş hüceyrələrini məhv edir, həm də immun sistemi gücləndirir.

İndiyə qədər hansı nəticələr əldə olunub?

Preklinik sınaqlarda (laboratoriya və heyvanlar üzərində) şişlərin kiçildiyi və bəzi hallarda tamamilə yox olduğu müşahidə olunub. Nəticələr ümidverici olsa da, bunlar yalnız heyvan modellərinə aiddir.

2025-ci ilin iyununda 48 könüllünün iştirakı ilə Faza I klinik sınaqlara başlanılıb. Bu mərhələ müalicənin təhlükəsizliyini yoxlamaq üçündür. Peyvəndin insanlarda təsiri barədə hələ nəticə yoxdur.

mRNT peyvəndi deyil

Mediada yayılan xəbərlərin əksinə olaraq, EnteroMix mRNT texnologiyasına əsaslanmır. Bu müalicə virusların birləşməsindən istifadə edir və “onkolitik vaksin” kimi təsnif edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun