Tibbi xəbərlər
Xərçəng araşdırmalarına ən çox pul xərcləyən ölkələr
Tibbi xəbərlər
149

Xərçəng araşdırmalarına ən çox pul xərcləyən ölkələr hansılardır?

Yeni təhlil göstərir ki, səkkiz illik dövrdə ABŞ xərçəng tədqiqatlarına ən çox vəsait ayıran ölkə olub, Avropa ölkələri isə milyardlarla avro sərmayə yatırıb. Avropa İttifaqı dünya üzrə bu sahədə ictimai və xeyriyyə sektorları üzrə maliyyələşmənin altıda birini təmin edir.

E-saglam.az xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc olunan araşdırma 2016–2023-cü illər arasında verilmiş təxminən 108 min xərçəng tədqiqat qrantını əhatə edib. Bu dövrdə ümumi maliyyə 51,4 milyard dollara (təxminən 2,1 trilyon türk lirəsi) çatıb. Hesabat yalnız dövlət və xeyriyyə təşkilatlarının xərclərini nəzərə alıb, özəl sektorun payı daxil edilməyib.

ABŞ bu məbləğin 57 faizini – 25,2 milyard avro (₺1,2 trilyon) təmin edib. Aİ və üzv ölkələri 16,8 faizlə (7,4 milyard avro – ₺355 milyard), Böyük Britaniya isə 11,1 faizlə (4,9 milyard avro – ₺235 milyard) ikinci və üçüncü yerlərdə qərarlaşıb. Digər əsas maliyyələşdiricilər Yaponiya (3,6 milyard avro – ₺167 milyard), Avstraliya (2,9 milyard avro – ₺134 milyard), Kanada və Çin (hər biri 2,6 milyard avro – ₺120 milyard) olub.

Araşdırmaya görə, qlobal investisiyalar 2021-ci ildəki kəskin artım istisna olmaqla, hər il azalıb. Lakin Aİ-də bu dövrdə davamlı artım müşahidə olunub. Almaniya son illərdə AB-də xərclərin artımında ən böyük paya sahib olub – təkcə 2021-ci ildən bu yana 610 milyon avro (₺29,3 milyard) sərmayə yatırıb.

Ümumilikdə, maliyyənin 76 faizi laboratoriya tədqiqatlarına yönəlib. Ən çox dəstək alan sahələr arasında döş xərçəngi, qan xərçəngi və klinik sınaqlar var. Tədqiqatçılar bildiriblər ki, xərçəng cərrahiyyəsi və radioterapiya kimi müalicə sahələri isə hələ də ciddi maliyyə çatışmazlığı ilə üzləşir.

Aşağı gəlirli ölkələrin töhfəsi səkkiz ildə cəmi 48,4 milyon avro (₺2,3 milyard) təşkil edib. Alimlər bu bərabərsizliyin, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə vaxtında tibbi xidmətə çıxışın məhdudluğu ilə birlikdə, qlobal mübarizədə balanssızlıq yaratdığını vurğulayırlar.

ÜST-ün məlumatına görə, xərçəng dünyada ölüm hallarının altıda birinə səbəb olur və əhali yaşlandıqca bu yük daha da artır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun