Tibbi xəbərlər
Hesabat: Çəki dəyişikliyi yaşlılarda zehni geriləməni
Tibbi xəbərlər
106

Hesabat: Çəki dəyişikliyi yaşlılarda zehni geriləməni sürətləndirə bilər

Yeni aparılan araşdırmaya görə, 65 yaşdan yuxarı insanlarda bədən çəkisinin 5 faizdən çox dəyişməsi zehni fəaliyyətin daha sürətli zəifləməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin alimləri 2011-2021-ci illərdə 4300-dən çox iştirakçının məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, çəkisi sabit qalanlarda idrak qabiliyyətlərinin azalması daha yavaş gedir, tez-tez kilo alan və ya verənlərdə isə bu proses sürətlənir.

Tədqiqatın müəlliflərindən Muzi Na bildirib: “Çəki ildən-ilə dəyişdikcə, yaddaş və idrak funksiyalarındakı zəifləmə də daha sürətli baş verir”.

Mütəxəssislər vurğulayırlar ki, yaşlı insanlarda həm çəki itkisi, həm də artımı beyin sağlamlığına təsir göstərə bilər. Lakin bu, çəki artırmağın faydalı olduğu anlamına gəlmir. Əksinə, əsas tövsiyə ardıcıl şəkildə çəkini izləmək və ciddi dəyişikliklər olduqda həkimə məlumat verməkdir.

Alimlər yaşlı insanların səhərlər yeməkdən əvvəl və eyni şərtlərdə çəkilərini ölçməsinin faydalı olduğunu bildiriblər. Bu, həm bədən, həm də beyin sağlamlığı üçün vacib məlumatlar təqdim edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun