Sağlamlıq
Qulaq kirini barmaqla çıxarmaq
Sağlamlıq
224

Qulaq kirini barmaqla çıxarmaq iltihab və infeksiyaya yol açır

Xarici qulaq infeksiyası, qulaq pərdəsi vasitəsilə axıdılan xarici qulaq kanalının infeksiyasıdır.

E-saglam.az xəbər verir ki, bu, adətən üzgüçülükdən sonra qulağınızda qalan su nəmli bir mühit yaradaraq, bakteriya böyüməsini təşviq etdikdə baş verir. Barmaqlarınızı, pambıq çubuqlarınızı və ya digər əşyalarınızı qulaqlarınıza daxil etmək də qulaq kanalınızdakı dərinin nazik təbəqəsini zədələyərək xarici qulaq infeksiyasına səbəb ola bilər.

Xarici qulaq infeksiyası kəskin xarici otit kimi də tanınır. Bu infeksiyanın ən çox yayılmış səbəbi qulaq kanalınızın içərisinə nüfuz edən bakteriyalardır. Xarici qulaq infeksiyası adətən qulaq damcıları ilə effektiv şəkildə müalicə edilə bilər. Vaxtında müalicə fəsadların və daha ciddi infeksiyaların qarşısını almağa kömək edə bilər.

Qeyd: Bu yazı yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicəni əvəz etmir. Həkiminizlə məsləhətləşməyi unutmayın!

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun